Контакты Kарта сайта Азербайджанский Aнглийский
Fəaliyyət sahələrimiz

Beton zavodlar

“Kaspi-Yıldız”ın bir nömrəli devizi sürət, keyfiyyət vəzəmanətdir.Bu devizi əldərəhbər tutan “Kaspi-Yıldız”  ilk beton zavodunu 2001-ci ildə Nizami rayonərazisində istifadəyə verilib Digər zavodlar isə Astara və Lerikdə yerləşir. “Kaspi-Yıldız”ın beton zavodları fəaliyyətə başladıqları vaxtdan respublikada eyni istehsal növü ilə məşğul olan müəssisələri arxada qoyub.

Zavodlarımızda əmtəə betonu Uyğunluq Sertifikatına əsasən istehsal edilir.

Beton zavodlarımız Bakı, Astara və Lerikdə fəaliyyət göstərən inşaat şirkətlərini B 7.5, B 12.5, B 15, B 20, B 22.5, B 25 və B30-dək müxtəlif markalarda betonla təmin edir. Hazırda “Kaspi-Yıldız”ın xeyli sayda stasionar zavodları fəaliyyət göstərir. Bakı şəhərində inşa edilən obyektlərə verilən betonların müəyyən hissəsi “Kaspi-Yıldız”da istehsal edilir.

Burada istənilən çeşiddə - həm yüksək markalı, həm yüksək axıcılığa malik, həm də vibrasiya tələb olunmayan beton istehsal edilir. Hazırda Bakı şəhərində inşa edilən müəyyən körpülərin (Ziya Bunyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində yerləşən körpü və s.)tikintisində bizim istehsal etdiyimiz betondan istifadə olunmuşdur.

 

Eyni zamanda 100-lərlə hündür mərtəbəli binaların tikintisində istifadə olunmuş əmtəə betonları, yüksək keyfiyyətlə təmin olunmuşdur. İstehsal etdiyimiz əmtəə betonun üstün cəhəti – Əmtə betonuna lazım olan bütün markalarına və həcminə 100 % zəmanət veririk.

 

Авторские права защищены. Каспи - Йылдыз© 2010  Каспи - Йылдыз